Marks, Engels və Lenin toy məclisində  - BU GÜN
17 noyabr 2021 22:49 (UTC +04:00)

Marks, Engels və Lenin toy məclisində  - BU GÜN

0

Bu zarafat və ya feyk xəbər deyil. Məlumatı ciddi media qurumları maraqlı xəbər kateqoriyasında yayıb.

Lent.az-ın xəbərinə görə, söhbət məşhur ideoloqlardan getmir. Adı çəkilən şəxslər Hindistanın Kerala ştatında toy mərasimində iştirak ediblər. 

Engels və Lenin qardaşdır. Marks və Ho Şi Min isə nüfuzlu bir kommunistin övladlarıdır. Onlar yaxın dostları Engelsin toy mərasimində iştirak etmək üçün Keralaya gəliblər. 

Vaxtilə Sovet İttifaqı ilə yaxın münasibətləri olmuş Hindistanda kommunist liderlərin  adlarını daşıyan şəxslərin sayı minlərlə ölçülür. Ölkədə Pravda, Stalin, Trotski, Leninizm kimi adlar adi haldır. Kerala ştatının Böyük nazirinin adı Stalindir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3325

Oxşar yazılar