Marketdə ayağı sürüşən müştəriyə milyonlar ödəniləcək - REKORD TƏZMİNAT
05 avqust 2021 11:53 (UTC +04:00)

Marketdə ayağı sürüşən müştəriyə milyonlar ödəniləcək - REKORD TƏZMİNAT

Yaponiyada bir supermarket ərzaq bölməsində alış-veriş edərkən sürüşərək yıxılan müştəriyə 21 milyon yen (190.000 dollar) təzminat ödəyəcək.

Lent.az xarici mətbuata istinadən məlumat verir ki, Tokionun cənub-şərqindəki Kanaqava ştatında bir supermarketin meyvə və tərəvəz bölməsində kahı alan müştəri sürüşərək yıxılıb. Hadisə nəticəsində yaralanan 60 yaşlı kişi, marketdə yerin yaş olduğu üçün sürüşdüyünü iddia edərək supermarketdən təzminat tələb edib.

Tokio Məhkəməsi hadisədən sonra açılan və 5 il davam edən işin son iclasında qərarını açıqlayıb. Hakimlər Şurasının sədri Yukio Şinada, maruldan damlayan suyun zəmini nəmləndirdiyini və supermarket rəhbərliyinin bu vəziyyətdən xəbərdar olduğunu, lakin lazımi tədbirləri görmədiyini səbəb göstərərək, supermarketi müştərisinə 21 milyon yen (190.000 dollar) təzminat ödəməyə məhkum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5343
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar