Krım tatarlarının yenilməzlik və milli ləyaqət  rəmzi Mustafa Cəmil – ONU TANI
13 noyabr 2024 20:15 (UTC +04:00)

Krım tatarlarının yenilməzlik və milli ləyaqət rəmzi Mustafa Cəmil – ONU TANI

Onun həyatı Krım tatar xalqının hüquqları və Ukrayna üçün ədalət uğrunda mübarizəyə həsr olunub.

Lent.az-ın xəbərinə görə, bu gün Krım tatar xalqının hüquqları uğrunda görkəmli mübariz, Ukraynanın sarsılmaz iradəsinin və milli ləyaqətinin simvolu olan Mustafa Cəmilin doğum günüdür.

Cəmil bütün həyatını azadlıq, bərabərlik və həqiqət uğrunda mübarizəyə həsr edib. Onun yenilməzliyi və möhkəmliyi həm Ukraynada, həm də xaricdə milyonlarla insanı ruhlandırır.

Mustafa Cəmil 1943-cü ildə Ukraynada anadan olub, Özbəkistanda böyüyüb. Adı tarixə Sovet hüquq müdafiəçisi və siyasi xadim, ukraynalı dissident, Krım tatar milli hərəkatının lideri, 1991-2013-cü illərdə Krım tatar xalqı Məclisinin sədri, Ukrayna Qəhrəmanı (2023) kimi düşüb.

Siyasi baxışlarına və antisovet fəaliyyətinə görə Cəmil universitetdən qovulmuş və yeddi dəfə məhkəmə qarşısına çıxarılmışdı. Ümumilikdə o, on beş il həbsdə olub: 1966-1967, 1969-1972, 1974-1975, 1975-1976, 1983-1986-cı illərdə məhbus olub, 1979-1982-ci illərdə Yakutiyada sürgündə yaşayıb. SSRİ-də İnsan Hüquqlarının Müdafiəsi Təşəbbüs Qrupunun yaradıcılarından biri və üzvüdür. Ukraynanın müstəqilliyini elan etdikdən sonra, 1998-ci ildən - III, IV, V, VI, VII, VIII və IX çağırışların Ukrayna xalq deputatı, onlarla qanun layihəsinin müəllifi, Ukrayna Ali Radasının İnsan Hüquqları, Milli Azlıqlar və Millətlərarası Münasibətlər Komitəsinin üzvü, Deportasiya edilmiş xalqların, milli azlıqların və siyasi repressiya qurbanlarının məsələləri üzrə alt komitənin sədri , etnosiyasət məsələləri, Ukraynanın yerli xalqlarının və milli azlıqlarının hüquqları, siyasi repressiya qurbanları alt komitəsinin sədri olub.

Krımın Rusiya tərəfindən ilhaqı zamanı Cəmil Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və Krımın statusu ilə bağlı referendumu tanımadığını elan edib. 

Mustafa Cəmilin həyatından maraqlı faktlar

1944-cü ildə SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin əmri ilə 150 mindən çox Krım tatarı Krım yarımadası ərazisindən Özbəkistana sürgün edilib. Onların arasında Krım tatarlarının hazırkı lideri, Özbəkistanın məşhur Daş həbsxanasında ən uzun aclıq aksiyasını keçirmiş sovet dissidenti, Mustafa Cəmil də var idi. O zaman Cəmil hələ altı aylıq idi. Vətənlərindən qovulan Krım tatarları DTK-nın nəzarəti altında çox ağır şəraitdə yaşamağa məhkum edildilər.

Gəncliyindən xalqının taleyindən narahat olan Mustafa Cəmil 1961-ci ildə gizli şəkildə “Krım Tatar Gəncləri İttifaqı”nı yaradıb.

1966-cı ildə sovet ordusunda xidmət etməkdən imtina etdiyi üçün il yarım müddətinə “Taş həbsxanası”na atılıb. 1969-cu ildə SSRİ-də İnsan

Hüquqlarının Müdafiəsi üzrə Təşəbbüs Qrupunun yaradıcılarından biri olub və buna görə daha 3 il həbs olunub.

Beləliklə, o, ümumilikdə altı dəfə həbs edilib. O, Özbəkistan həbsxanasında ən uzun - 303 gün aclıq aksiyası keçirən məhbus kimi tarixə düşüb.
1989-cu ildə SSRİ-nin sonuncu lideri Mixail Qorbaçov Krım tatarlarını tarixi vətənlərinə qayıtmasına icazə verərkən Cəmil də ailəsi ilə birlikdə Krıma köçüb.

1991-ci ildə Krım tatar xalqı Məclisinin sədri, 1991-ci ildə isə Ukrayna Ali Radasının xalq deputatı seçilib.

Mustafa Cəmil bütün yetkin həyatı boyu Krım tatarlarının tarixi vətənlərinin Rusiyadan azad edilməsi uğrunda fəal mübarizə aparıb.

2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Rusiya məhkəməsi Cəmilin 2034-cü ilə qədər Rusiyaya girişinə qadağa qoyub.

Cəmil bir sıra beynəlxalq mükafatların laureatıdır və Nobel Sülh Mükafatına namizəd olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2478
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar