Karyera yüksəlişində önəm kəsb edən xarakter xüsusiyyətləri HANSILARDIR?
20 noyabr 2024 09:48 (UTC +04:00)

Karyera yüksəlişində önəm kəsb edən xarakter xüsusiyyətləri HANSILARDIR?

Mütəxəssislər işdə ən çox uğur qazanan insanların xarakter xüsusiyyətlərini açıqlayıblar.

Lent.az-ın məlumatına görə, aparılan yeni bir araşdırma, karyera və təhsildə uğurun təkcə genetikadan deyil, həm də zəkadan daha əhəmiyyətli ola biləcək qeyri-idraki bacarıqlardan da asılı olduğunu üzə çıxarıb.

1,5 milyon insanın məlumatlarını əhatə edən genişmiqyaslı araşdırmada alimlər peşəkar və şəxsi məqsədlərə çatmağa kömək edən əsas xüsusiyyətləri müəyyən ediblər: əzmkarlıq, özünə nəzarət, motivasiya, emosional sabitlik, maraq və təşkilatçılıq.

Tədqiqatın həmmüəllifi Dr.Daniel Belski qeyd edib ki, qeyri-koqnitiv bacarıqlar akademik nailiyyətlərin irsiyyətində koqnitiv qabiliyyətlər qədər mühüm rol oynayır. Sosial səriştə və yetkinliklə sıx bağlı olan bu bacarıqlar yalnız uğuru dəstəkləmir, həm də riskli davranışlara meyli azaldır.

Araşdırmanın digər müəllifi professor Peyc Harden ətraf mühitin və cəmiyyətin əhəmiyyətinə diqqət çəkib. Genetika təməl qoysa da, insan potensialının reallaşdırılmasında xarici amillər mühüm rol oynayır. 

Professor, "Genetik təsir həmişə tarixi və sosial şərait kontekstində özünü göstərir" deyib.

Digər tədqiqatlar da təsdiqləyir ki, cəsarət və intizam IQ ilə müqayisədə çox vaxt akademik və peşəkar uğurun daha dəqiq göstəriciləridir. 

Nəticələr həm anadangəlmə, həm də qazanılmış xüsusiyyətləri nəzərə alan hərtərəfli yanaşmanın zəruriliyini vurğulayır. Genetika şəxsiyyətdəki fərqlərin təxminən 50%-ni izah edə bilsə də, bu xüsusiyyətlərin özünü necə göstərəcəyini müəyyən edən həyat təcrübələri və mühitdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1347
avatar

Ləman Sərraf

Oxşar yazılar