Kartofun yaxşı qalması üçün  belə saxlayın – Cücərməyəcək
23 sentyabr 2024 12:28 (UTC +04:00)

Kartofun yaxşı qalması üçün belə saxlayın – Cücərməyəcək

Kartof hər mövsüm üçün əvəzedilməz tərəvəzdir. Ancaq qışda onun qiyməti bir qədər baha olur. Bunun üçün də çoxları onu əvvəldən alıb saxlayır. Bu zaman isə bəzi problemlər yaranır – kartoflar cücərir. 

Lent.az kartofun düzgün saxlanması şərtlərini təqdim edir: 

Kartofla doldurulmuş çantalar sərin, qaranlıq və quru yerdə 2 ilə 4 dərəcə temperature istilikdə saxlanılmalıdır. Zirzəmilər və anbar otaqları bütün bu tələblərə cavab verir. Bu mümkün deyilsə, günəş işığı olmayan bir otaqda da saxlamaq olar. 

Kartof qablaşdırması

Torlarda satın alınan kartof zədələnməməsi və düzgün ventilyasiyasını təmin etmək üçün qutuya qoyulmalıdır. Ancaq plastik torbalar bunun üçün uyğun deyil - onlarda yığılan nəm səbəbindən çürümə prosesləri başlaya bilər. Əgər kartofu işıqdan qorumaq ehtiyacı hiss edirsinizsə, onları qəzetlə örtün.

Kartofu təzə saxlamaq üçün şabalıd və palamutdan istifadə etmək adi haldır. Kartof ilə dolu yeşiyə bir neçə dənə qoymaq kifayətdir və bu təbii materiallardan ayrılan maddələr cücərmə prosesini ləngidəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 54540
avatar

Sevinc Fərid

Oxşar yazılar