İnsanın yalanını  tanıya bilən heyvanlar
02 mart 2024 12:23 (UTC +04:00)

İnsanın yalanını tanıya bilən heyvanlar

Bəzi heyvanlar var ki, insanın səsindən onun hansı emosional duyğu içərisində olduğunu bilirlər.

Lent.az xəbər verir ki, tədqiqatçılar keçilərin əslində düşündüyümüzdən qat-qat yüksək intellektə malik olduğu qənaətinə gəliblər. Honq-Konq şəhər universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, keçilər insanın əhval-ruhiyyəsini oxumaq qabiliyyətinə malikdir. Araşdırmaya görə, keçilər xoşbəxt və ya kədərli olduğumuzu müəyyən etmək üçün sadəcə bir insanın səsini eşitməyi yetərlidir.

Keçilərin zaman keçdikcə (təxminən 10 000 il) insanlara yaxınlıq və onlarla qarşılıqlı əlaqə vasitəsilə insan səs siqnallarına həssaslıq inkişaf etdirdiyi güman edilir. Tədqiqatın müəllifi, professor Alan Makelliot qeyd edir ki, tarixdə ilk dəfə olaraq keçilərin insan səsindən gələn siqnalların emosional rəngini ayırd edə bildiyinə dair sübutlar təqdim etmək mümkün olub.

Əvvəlki tədqiqatlar artıq göstərib ki, keçilər qohumlarının "səsindəki" duyğuları ayırd edə bilirlər. Alimlər yeni araşdırmada bu heyvanların insan nitqindəki emosional rənglənməyə necə reaksiya verdiyini sınaqdan keçiriblər. Təcrübələr zamanı tədqiqatçılar keçilərin insan nitqində duyğulara necə reaksiya verdiyini yoxlamaq üçün "hey, bura bax" ifadəsindən istifadə ediblər.

Həmçinin, mənfi çalarlı səsin pişik və itlər kimi ev heyvanlarının reaksiyasına bənzər keçilərdə qorxu hissi yarada biləcəyini təklif edir.

# 4524
avatar

Fidan İlqar

Oxşar yazılar