İnsan beyni haqqında maraqlı  FAKTLAR
24 may 2022 09:44 (UTC +04:00)

İnsan beyni haqqında maraqlı FAKTLAR

Kompüter və digər cihazlardan fərqli olaraq insan beyninin yaddaşı sonsuzdur və heç vaxt dola bilməz. İnsan hər dəfə müəyyən bir şeyi yaddaşına qeyd etdikdə, beyin yeni hüceyrələr və sinir bağlantıları yaratmağa başlayır. İnsan beyni 40 yaşın sonuna qədər inkişaf edərək irəliləyir və ən yaxşı anlarına çatır. Ondan sonra isə sabitləşməyə başlayır.

Özündə bu qədər əhəmiyyətli, əsrarəngiz xüsusiyyətləri cəm edən bu kiçik orqanın necə nizam-intizamla fəaliyyət göstərməsi daha bir möcüzədir. 

Bəs, beynin bilinməyən tərəfləri hansılardır ? 

Lent.az insan beyni haqqında maraqlı faktları sizə təqdim edir: 

İnsan beyninin ağırlığı təxminən 1.3 kiloqram civarındadır.

Beyniniz ölməyə başlamazdan əvvəl maksimum 4-6 dəqiqə arasında oksigensiz qala bilər.

Beyninizdə tam 100 milyard sinir hüceyrəsi var.

“İnsan beyninin yüzdə onunu istifadə edir” deyimi yanlışdır. Beynin hər hissəsinin bir funksiyası vardır.

Hər insan doğulanda eyni sayda beyin hüceyrəsinə malik olur.

Toxunma duyğusu ilk yaranan duyğudur. Ana bətnində olarkən əmələ gəlir.

Beyninizi davamlı işlədin. Kitab oxumaq, test və ya krossvord həll etmək yaddaşi gücləndirir.

Hər vaxt müsbət düşünün. Araşdırmalar həkimlərə müraciət edənlərin yüzdə 60-nın psixoloji səbəblərlə bağlı olduğunu bildirir.

Qidalanmanın beynə olduqca faydalı təsiri vardır. Nyu-Yorkda aparılan bir araşdırmada günorta yeməyində süni souslar və qidalandırıcılar istifadə etməyənlərin IQ səviyyələrinin digərlərinə nisbətən yüzdə 14 daha yüksək olduğunu ortaya qoyub.

Bir şey xatırladığınız, öyrənmə zamanı və yeni düşüncələr yaratdığınız hər an beyninizdə yeni əlaqələr qurursunuz.

Qoxu vasitəsilə əldə etdiyiniz bir xatirəniz, beyninizdə qurulan ən romantik əlaqədir.

Yuxu rejiminizi qətiyən pozmayın. Çünki beyninizin ən çox istirahət etdiyi an yuxuda olduğunuz vaxtlardır.

Beyin gün ərzində 12 vatt gücündə enerji sərf edir. Vücud ağırlığının sadəcə 2 %-ni təşkil etməsinə baxmayaraq, beyin bütün enerjisinin 20 %-ini işlədir. Diqqətli və uzun düşünmə vaxtı sərf etdiyimiz enerji o qədər kiçikdir ki, heç hiss də olunmur.

Səs-küylü bir otaqda nə üçün telefonla danışmaq çətindir? Bu vəziyyətdə beyniniz telefondakı yoldaşınızın səsiylə otaqdakı digər səsləri ayırd etməkdə çətinlik çəkir. Telefonunuzun mikrofonunu əlinizlə bağladığınız vaxtda əslində içində olduğunuz otaqdakı səslərin telefona girməsinə mane olduğunuz üçün səs qarışığına mane olur. Nəticədə beyninizin işi asanlaşdırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6915
avatar

Sevinc Fərid

Oxşar yazılar