İçməli su alanda nələrə diqqət etməliyik?
12 noyabr 2024 13:16 (UTC +04:00)

İçməli su alanda nələrə diqqət etməliyik?

Bir insanın istehlak etdiyi suyun keyfiyyəti onun sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Mütəxəssislər qeyd edirlər ki, içməli su təhlükəsiz, əlverişli orqanoleptik xüsusiyyətlərə və zərərsiz kimyəvi tərkibə malik olmalıdır. 

Lent.az-ın məlumatına görə, içməli su alarkən məhsulun aşağıda qeyd olunan xüsusiyyətlərinə diqqət yetirmək lazımdır:

- “İçməli su”, onun adı, növü (emal edilmiş, təmizlənməmiş (təbii), süni minerallaşdırılmış, süni florlaşdırılmış, süni yodlaşdırılmış, mineralların optimal tərkibinə malik, qazlı (güclü, orta, zəif) və ya qazsız və s.);

- tərkibi ("içməli su" və daxil olan maddələrin siyahısı, xüsusən konservantlar, makro və mikroelementlər);

- İçməli suyun mineral tərkibinin fizioloji faydalılığı göstəricilərinin faktiki dəyərləri;

- saxlama şəraiti;

- konteyner həcmi;

- istehsal tarixi və son istifadə tarixi;

- istehsalçının adı, yeri və telefon nömrələri;

- su istehsalı yeri;

- içməli suyun keyfiyyətinə dair tələbləri müəyyən edən normativ sənədin adı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780
avatar

Ləman Sərraf

Oxşar yazılar