Dünya rekordu qırmaq fikrinə qapılan hindistanlı Har Parkaş Rişi, daha doğrusu Ginnes Rişi kimi tanınan şəxs çıxılmaz bir addım atıb.
Lent.az-ın məlumatına görə, 74 yaşlı Ginnes Rişi dünya rekordu qırmaq üçün heyrətamiz qərar verib.
Belə ki o, ağzına maksimum sayda saman çöpü və şam yerləşdirməkdən ötrü bütün dişlərini çəkdirib.
Ümumiyyətlə, şöhrətpərəst hindistanlı iyirmiyə yaxın dünya rekorduna sahibdir.
Məsələn, onun bədənində 500-dən çox döymə var, onlardan 366-sı müxtəlif ölkələrin bayraqları ilə təmsil olunur.
Lakin Rişinin əldə etdiyi ən maraqlı rekord Yeni Dehlidən (Hindistan) San Fransiskoya (ABŞ) pizza çatdırılmasıdır.