Hansı moruğu qətiyyən almamalısınız
31 iyul 2025 14:40 (UTC +04:00)

Hansı moruğu qətiyyən almamalısınız

Zədələnmiş, çürümüş, kifli və ya xoşagəlməz qoxusu olan moruğu almaq qətiyyən tövsiyə olunmur. Yayın ortasıdır, moruq mövsümüdür və qiyməti də az deyil.

Lent.az bildirir ki, buna görə də pulu boşa xərcləməmək üçün düzgün seçim etmək vacibdir.

Moruğu necə düzgün seçmək olar?

Moruq seçərkən ilk növbədə onun ətiri vacibdir: meyvə nə qədər şirin olsa, o qədər də güclü qoxuya malik olur. Meyvələri plastik konteynerdə almaq düzgün deyil qab hava keçirməlidir, altı tam qapalı olmamalıdır.

Yol kənarlarında və ya qeyri-rəsmi bazarlarda moruq almaq məsləhət görülmür. Bu cür yerlərdə yetişdirilən meyvələr avtomobil yollarına yaxın ərazilərdə ola bilər. Belə şəraitdə meyvələr tərkibində ağır metallar və toksik maddələr (egzoz qazları və ya qadağan olunmuş pestisidlər) toplaya bilər. Hətta rəsmi bazarlarda və ya mağazalarda belə alış zamanı diqqətli olmaq lazımdır. Ən başlıcası – yumşaq, əzilmiş, sulanmış meyvələrdən uzaq durun. Bunlar ya meyvənin həddindən artıq yetişdiyini, ya da səhv saxlanıldığını göstərir. Belə hallar mikroorqanizmlərin sürətlə inkişafına səbəb olur.

Ən təhlükəli əlamət – kif və ya çürükdür. Hətta bir neçə meyvə belədirsə, bu artıq bütün partiyanın göbələk infeksiyasına yoluxduğunu göstərir. Belə moruğun yeyilməsi ciddi qida zəhərlənməsinə səbəb ola bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866

Oxşar yazılar