Hamilə qadınlar  hovuzda   çimə bilərmi? – CAVAB
10 iyun 2024 16:59 (UTC +04:00)

Hamilə qadınlar hovuzda çimə bilərmi? – CAVAB

Çox qadın hamiləlik dövründə hovuza girməyin mümkün olub-olmaması ilə maraqlanır. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, əslində burda heç bir problem yoxdur. Hamilə qadınlar da hovuza girə bilər. 

Ancaq təbii ki, həkim məsləhəti lazımdır. Əgər həkim fərdi sağlamlıq vəziyyətinə görə sizə hər hansı bir əyləncəni qadağan etməyibsə, asanlıqla hovuzda üzə bilərsiniz. 

Məsələn, hamilə qadına uterusun hipertonikliyi diaqnozu qoyulubsa, hovuzda üzgüçülük şəklində fiziki fəaliyyət ona zərər verə bilər. Odur ki, üzmək və ya üzməmək barədə düşünürsünüzsə, əvvəlcə bu məsələni həkiminizlə müzakirə edin.

Əgər üzməyi bilmirsinizsə və dərs almaq qərarına gəlsəniz, hamiləlik dövründə bu tövsiyə edilmir. Xüsusən də sudan qorxursunuzsa, heç bir əlavə stressə ehtiyacınız yoxdur.

Ancaq suyu sevən və onun üzərində necə qalacağını yaxşı bilənlər üçün bəzi nüansları nəzərə almaq vacibdir. 

Hər şey adi haldan daha yavaş aparılmalıdır. Suya uyğunlaşmadan qaçaraq suya girməməlisiniz. İsti olsa belə, diqqətli olmalısınız. Bunun əvəzinə, vücudunuzun tədricən temperatur dəyişikliklərinə alışmasına icazə verin. Həmçinin, imkanlarınızı sınayaraq, digər üzgüçülərlə rəqabət aparmağa çalışmamalısınız.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2229
avatar

Sevinc Fərid

Oxşar yazılar