Vanda yaşayan Şilan Bayerin qarnından 9 kiloqram 800 qram ağırlığında bir kütlə çıxarıldı.
08 dekabr 2020 12:10 (UTC +04:00)

Vanda yaşayan Şilan Bayerin qarnından 9 kiloqram 800 qram ağırlığında bir kütlə çıxarıldı.

Gənc qızın qarnından nələr çıxdı?

Vanda yaşayan Şilan Bayer şişlik və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya gedib və qarın boşluğundan 9 kiloqram 800 qram ağırlığında bir kütlə çıxarılıb.

Lent.az Türkiyə mediasına istinadən məlumat verir ki, bir ildi nəfəs darlığı və qarınında şişlik olan 18 yaşlı Şilan Bayer, son 3 ayda narahatlıqlarının artması səbəbi ilə “Səhiyyə Elmləri Universiteti Van Təhsil və Araşdırma Xəstəxanası”na üz tutub. Həkimlərin apardığı müayinə zamanı Bayerin qarnında böyük bir kütlə aşkar edilib.

Ginekoloji Onkoloji Cərrahiyyəsi mütəxəssisi Yunus Emre Purut, açıqlamasında deyib:

"Daha əvvəl də belə şikayətləri olub. Lakin ailəsinə söyləməkdə tərəddüd edib. Bu səbəbdən həkimə apara bilməyiblər. Yanımıza gələndə apardığımız müayinələr nəticəsində yumurtalıqda yarandığını düşündüyümüz və diafraqma qədər uzanan bir kütlə aşkar etdik”.

Həkim əlavə edib ki, müayinələrdən dərhal sonra əməliyyat qərarı veriblər:

"Etdiyimiz müayinə və görüntüləmə testlərindən sonra xəstəmiz üçün əməliyyat aparmaq qərarına gəldik. Qadın xəstəlikləri həkimi İpek Uzaldı və 2 tibb bacısı ilə əməliyyata girdik və 2,5 saat davam edən bir əməliyyat etdik. Bir ucundan digərinə qədər 52 santimetr uzunluğunda olan 9 kiloqram 800 qramlıq kütləni çıxara bildik. Əməliyyatı uğurla başa vurduq. Xəstəmiz sağaldı və bu hadisəni geridə buraxdı".

8 aydır Vanda çalışdığını bildirən Yunus Emre Purut deyib ki, bu ölçülərə yaxın artıq 3-cü kütlədirəməliyyatla çıxarıb:

"Xəstələr bizə müraciət etdikdə gecikmiş olurlar. Xüsusilə bu yaşda ailələrinə şikayətlərini söyləyərkən bir az qorxurlar”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6324
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar