Estetik fəlakəti!  - Qaş düzəldəcəyi yerdə, göz çıxardı
24 fevral 2024 14:35 (UTC +04:00)

Estetik fəlakəti! - Qaş düzəldəcəyi yerdə, göz çıxardı

Əksər qadınlar qaşlarına çox diqqət yetirirlər. Makiyajdan tutmuş qulluq vasitələrinə qədər müxtəlif variantlara əl ataraq üzü çərçivəyə salan qaşlara çox vaxt sərf olunur. Bir çox qadın isə qaşları üçün qalıcı toxunuşa üstünlük verərək döymə etdirir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ancaq Çində qeydə alınan son nümunə tam bir estetik fəlakət olub.

Prosedurdan sonra qadının fotoları sosial şəbəkələrdə yayılıb və görənləri şoka salıb. Sosial şəbəkə istifadəçiləri paylaşıma münasibət bildiriblər.

Yerli mətbuatda əksini tapan məlumatlara görə, təcrübəçi tərəfindən qadından sözün əsl mənasında “sınaq subyekti” kimi istifadə edilib. Nəticə fotolarda göründüyü kimi məyus edib. Digər tərəfdən, şok mənzərə ilə qarşılaşan sosial şəbəkə istifadəçiləri zərərçəkənə məhkəməyə müraciət etməyi təkidlə tövsiyə ediblər. Səlahiyyətlilər xəbərdarlıq edir ki, bu cür estetik prosedurlar yalnız mütəxəssislər tərəfindən aparılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8088
avatar

Fidan İlqar

Oxşar yazılar