Ən qısqanc bürclər  – Hansı daha təhlükəlidir?
26 avqust 2024 18:33 (UTC +04:00)

Ən qısqanc bürclər – Hansı daha təhlükəlidir?

Astroloqlar insanların qıqanclıq səviyyəsini bürclə müəyyən etmək olduğunu iddia edirlər. 

Lent.az ən qısqanc hesab olunan bürcləri təqdim edir: 

Qoç

Qısqanclıq və Qoç bir-birindən ayrılmazdır. Buna görə də, onların xarici sakitliyinə etibar etməməlisiniz. Qoçlar üçün qısqanclıq xırda şeylərdən də yarana bilər. Məsələn, partnyorunun həmsöhbətinə qarşı təbəssüm etməsi, yad adama isti baxış, bir neçə mehriban ifadə belə Qoçları əsəbiləşdirmək üçün bəsdir. 

Qoç hər an qısqanclıqdan partlamağa hazırdır. Bu vəziyyətdə vəziyyətin inkişafı üçün üç variant ola bilər - güclü bir mübahisə (ətrafında bir çox yad adam olsa belə), kobud fiziki güc tətbiqi ilə mübahisə və ya partnyoruna qarşı xəyanət. 

Əqrəb

Əqrəbin çox qısqanc bürcü olduğu hamıya məlumdur. Bəli, bu bürcün nümayəndələri partnyorlarına qarşı sadiq qalır. Ancaq eyni zamanda, qısqanclığı ilə mənəvi cəhətdən onları çox sıxır. Bu da partnyorun ondan qaçmasına gətirib çıxarır.  Və sonda Əqrəb də üzr istəmək üçün tərəfdaşının arxasınca qaçmalı olur. Ancaq qeyd etmək lazımdır ki, bu bürcün nümayəndələri əvvəlcə başqalarının xəyanətinə dair sübutlar tapmağa çalışır və yalnız bundan sonra əlaqəni kəsirlər. Heç bir Əqrəb şayiələrə əsaslanaraq sevdiyi insanı aldatmaz.

Eyni zamanda, sevgilisinin qəsdən onları qısqandırmağa çalışmasını qəbul etmirlər. Bu vəziyyətdə, o, bütün münasibətləri tez və sakit şəkildə sonlandıracaq.

Şir 

Şirlər dağıdıcı duyğulara qapılıb, qısqanclıq hissi ilə partnyorunu əzib keçə bilər. Şir bürcü özünü tamamilə tərəfdaşına verən bürclərdən biridir. Şirlərin sevdiyi biri onlara xəyanət etsə, sonradan nəticələrindən şikayət etməməlidir. Şir sərt, ancaq bir o qədər ədalətli bürcdür. Onlar səbəbsiz heç kimə hücum etməz. 

Balıqlar

Qısqanclığı ilə təhlükəli olan bürclərdən biri də Balıqlardır. Onlar ya partnyorunun hərəkətlərinə tamamilə biganə olacaqlar, ya da özləri qarşı tərəfdən çox inciyəcəklər. Onların necə reaksiya verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Ən yaxşı halda, bir-birinizin telefon nömrələrini xatırlamadan səssiz-sədasız ayrılacaqsınız. Balıqları aldatmağa çalışmaq çox təhlükəlidir. 

Bunun səbəbi olduqca sadədir. Çünki bu bürcün nümayəndələri intriqalar toxumaq və insanların şüuruna, ruhuna təsir etmək üçün heyrətamiz bir istedada malikdirlər. Siz nəyin necə olduğunu heç vaxt anlamayacaqsınız. Onlar hər şeyin əvəzini gizli şəkildə çıxacaq. Balıqların qısa müddətdə bunu necə bacardığı isə sirr olaraq qalır.

Əkizlər

Əkizlər də Balıqlar qədər təhlükəli bürclərdir. Onlar ya qarşı tərəfə uğurlar arzulayıb, yoluna davam edəcək, ya da heç gözləmədiyiniz anda sizdən intiqam alacaq. Bəli, Əkizlər insanlara Balıqlar qədər təsir edə bilmir. Ancaq onlar partnyoruna bəzi psixoloji təcrübələr aparmaq üçün siçan kimi baxırlar. 

Əgər Əkizlərə xəyanət etmisinizsə, o zaman onların ətrafından mümkün qədər tez itin və ən az beş il ondan uzaq qalın.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11931
avatar

Sevinc Fərid

Oxşar yazılar