Kuril adalarında yerləşən Ebeko vulkanının püskürməsi nəticəsində vülkanın külləri 4 km hündürlüyə qalxıb.
Lent.az xəbər verir ki, bu barədə avqustun 2-də Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Vulkanın həmçinin lavalarının şimal-şərq istiqamətində 5 km-dən çox məsafəyə yayıldığı bildirilir. Qeyd edək ki, vulkanın bir neçə saat öncə aktivləşdiyi bildirilir.