5 uşaq anası olan arvadını öldürüb, intihara cəhd etdi
01 avqust 2024 19:07 (UTC +04:00)

5 uşaq anası olan arvadını öldürüb, intihara cəhd etdi

Türkiyədə kişi keçmiş arvadını öldürərək intihara cəhd edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə gecə saatlarında Siirt şəhərinin Ülkü məhəlləsində baş verib. İ.K. adlı şəxs 5 uşaq anası olan keçmiş arvadı S.K.-nın yaşadığı evə gəlib. Burada tərəflər arasında münaqişə yaşanıb.

Münaqişə zamanı İ.K. arvadını bıçaqlayaraq, öldürüb. Daha sonra həmin bıçaqla xəsarətlər yetirərək özünü də öldürmək istəyib.

Yaralı xəstəxanaya yerləşdirilib və müalicəsi davam edir.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Oxşar yazılar