Anasını girov götürüb polisi öldürdü
01 avqust 2024 17:36 (UTC +04:00)

Anasını girov götürüb polisi öldürdü

Türkiyədə anasını girov götürən kişi polisi öldürüb. 

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kastamonu şəhəri İnönü Məhəlləsində qeydə alınıb. 32 yaşlı İsmayıl Bayam anasını girov götürüb və hadisə yerinə gələn polislərə atəş açıb.

Nəticədə ağır yaralanan polis məmuru Ahmet Şağan xəstəxanaya çatdırılsa da, orada ölüb. Digər polis Arif Ay isə xəsarət alıb və müalicəsi davam etdirilir.

Bundan sonra əraziyə çoxlu sayda çevik qüvvələr də cəlb olunub. Polislər cinayətkarı 4 saat təslim olmağa səsləsələr də, o, buna məhəl qoymayıb və hüquq-mühafizə orqanlarının əməkdaşları qapını sındıraraq, içəri girməyə məcbur qalıblar. Nəticədə İsmayıl Bayam zərərsizləşdirilib və onun girovu olan anası 52 yaşlı S.B. isə xilas olunaraq yerində ilkin tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585
avatar

Oxşar yazılar