“Adınızı telefonuma müjdəçi jurnalist  yazacam” - Təltif olunan Rövşən İsax
01 avqust 2024 14:34 (UTC +04:00)

“Adınızı telefonuma müjdəçi jurnalist yazacam” - Təltif olunan Rövşən İsax

Bu gün Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın xəbərinə görə, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup şəxs, o cümlədən tanınmış rejissor Rövşən İsax “Tərəqqi” medalı ilə təltif ediliblər.

Rövşən İsaxa bu gözəl xəbəri biz verdik. Təəssüratlarını öyrənmək üçün zəng vurduq və “Tərəqqi” medalı almısınız, hisslərinizi paylaşmanızı istərdik deyəndə, Rövşən bəyin reaksiyası gözlənilməz oldu. O, yanındakı kiməsə üzünü tutub, “A, mənə medal veriblər deyirlər” söylədikdən sonra təəssüratlarını belə bölüşüb:

“Vallah xəbərim yox idi. Axşam dövlət tədbirinə dəvət almışdım. Amma belə tədbirlərə həmişə gedirəm, heç bir məlumatım yox idi. Xoş xəbər olasınız sizi. Adınızı telefonuma müjdəçi jurnalist kimi yazacam. Bütün şüurlu həyatımı kinoya həsr eləmişəm. Çalışmışam vicdanlı olum, kinonun inkaşfında rolum olsun. Dövlət başçısına, məni bu mükafata layiq bilənlərə, bu medalı verənlərə, hər kəsə təşəkkür edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1062
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar