Dünyanın  ən kiçik   beynəlxalq körpüsü
27 mart 2025 16:32 (UTC +04:00)

Dünyanın ən kiçik beynəlxalq körpüsü

Cəmi bir neçə addım ataraq insanlar zaman səyahəti edə bilirlər. İspaniyanın El-Marko kəndi ilə Portuqaliyanın Varzea-Qrande kəndini birləşdirən El-Marko körpüsü, dünyanın ən kiçik beynəlxalq körpüsü sayılır. Avropa ilə Asiyanı birləşdirən və 2023 metr uzunluğunda olan dünyanın ən uzun asma körpüsünün əksinə olaraq, El-Marko körpüsünün uzunluğu cəmi 6 metrdir.

Lent.az bu körpü ilə maraqlı məlumatları sizə təqdim edir:

Oddity Central-ın yazdığına görə, 1,45 metr enində olan taxta El-Marko körpüsünü keçərkən elə bilərsiz ki, sadəcə Qərbi Avropanın kəndində balaca bir arxdan keçirsiniz. Amma bu, belə deyil. Bu bir neçə addımda siz yalnız ölkə deyil, həm də saat qurşağı dəyişirsiniz, çünki İspaniya Mərkəzi Avropa vaxtı (CET/CEST), Portuqaliya isə Qrinviç vaxtı (GMT/BST) ilə yaşayır. Bu, zamanda səyahətin ən asan yolu sayılır. Bir zamanlar bu körpü sadəcə “improvizə olunmuş bir taxta keçid” idi və İspaniya ilə Portuqaliya arasındakı qaçaqmalçılar tərəfindən ticarət üçün istifadə olunurdu. Lakin 2008-ci ildə yerli icmanın vəsaiti hesabına rəsmi olaraq tikilib. Şengen sazişi sayəsində bu gün iki Avropa ölkəsi arasında sərhədi keçmək azad və asandır, ona görə də artıq qaçaqmalçılığa ehtiyac yoxdur.

El-Marko körpüsü
Kiçik ölçüsünə görə, El-Marko yalnız piyadalar və iki təkərli nəqliyyat vasitələri (velosiped, skuter, motosiklet) üçün nəzərdə tutulub. Yerli sakinlər onu gündəlik gediş-gəliş üçün istifadə etsə də, turistlər üçün də məşhur və maraqlı bir məkan sayılır. Xatırladaq ki, dünyanın ən hündür körpüsü Çində yerləşən Beypançzyan körpüsüdür və o, Beypan çayı dərəsinin üzərindən 565 metr hündürlükdə keçərək hündürlükdə dünya rekordu qırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1439

Oxşar yazılar