Dezodorantsız tər qoxusundan  necə qurtulmaq olar?
23 avqust 2024 17:49 (UTC +04:00)

Dezodorantsız tər qoxusundan necə qurtulmaq olar?

Dezodorantdan istifadə etməmək tər qoxusunun yaranmasına səbəb olur.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, əlinizdə spirt əsaslı salfetlər varsa, onlar tər qoxusunu mükəmməl şəkildə aradan qaldıracaq və sizi zərərli mikroorqanizmlərin fəaliyyətindən xilas edəcək.

Buna görə də çantanızda bir paket nəm salfet saxlamaq vacibdir.

Bundan əlavə tər qoxusunu limon vasitəsilə yox etmək mümkündür. Limonu dilimlərə bölmək lazımdır. Onlardan birini qoltuqaltı nahiyəyə qoyun və bir neçə dəqiqə gözləyin.

Soda da dezodorant üçün əla alternativdir. Az miqdarda soda götürün və suda həll edin. Qoltuqaltı nahiyəyə çəkin. Daha sonra quru salfetlə silin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24453
avatar

Arzu Qurbanlı

Oxşar yazılar