Cütlük qeyri-adi balıq ovu  zamanı zəngin oldu – SƏBƏB
07 iyun 2024 15:53 (UTC +04:00)

Cütlük qeyri-adi balıq ovu zamanı zəngin oldu – SƏBƏB

Nyu-Yorkda maqnitlə balıq tutarkən Ceyms Keyn və Barbi Aqostini gözlənilməz bir kəşf ediblər. 

Lent.az xəbər verir ki, bu zaman cütlük içərisində yüz min dollar nağd pul olan seyf tapıblar.

Maqnitlə balıq ovu ilə bağlı qeyri-adi hobbidən zövq alan Ceyms Keyn və Barbie Aqostini gölün dibində 100 dollarla dolu seyfi tapanda şok olublar.

Ceyms Keyn, COVID-19 pandemiyası zamanı maqnit balıq ovuna başladıqlarını söyləyib. Çünki avadanlıqlara çox xərcləmədən müxtəlif əşyaları tapmaq ideyası onlar üçün çox cəlbedici görünüb. Onlar metal əşyaları tutmaq ümidi ilə güclü maqniti olan kəndiri suya endiriblər. Nə o, nə də sevgilisi pulla dolu seyf tapacağını gözləmirdilər.

Cütlük tapdıqları seyflə bağlı Nyu York polisi ilə əlaqə saxlayıb. Onlar öyrəniblər ki, nağd pulla bağlı heç bir cinayət izi yoxdur və seyfin ilk sahibini müəyyən etmək mümkün olmayıb. Nəticədə polislər pulu cütlükdə saxlamağa icazə verib.

Bu, cütlük üçün heyrətamiz bir kəşf olub. Çünki onlar əvvəllər balıqçılıq sərgüzəştləri zamanı belə xəzinələrə rast gəlməmişdilər. Onlar müxtəlif tapıntıları, o cümlədən müharibədən əvvəlki tapançaları, İkinci Dünya Müharibəsindən olan qumbaraları, bütöv bir motosiklet və hətta nadir xarici sikkələr tapmışdılar. Ancaq pul onlar üçün bir ilk olub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2241
avatar

Sevinc Fərid

Oxşar yazılar