Bürclər Yeni ildə  evlərini necə BƏZƏMƏLİDİR?
11 dekabr 2023 16:06 (UTC +04:00)

Bürclər Yeni ildə evlərini necə BƏZƏMƏLİDİR?

Yeni ilə az qalıb. Artıq evlərdə, şəhərlərdə yolkalar bəzənib. Üsluba, büdcəyə və seçimlərə uyğun bayram dekorunu seçmək çətindir. Ancaq bu iş həm də çox maraqlıdır. Bəs, bürclərə uyğun evləri necə bəzəmək lazımdır? 

Lent.az xarici mətbuata istinadən bürclərə uyğun bayram dekoru seçimlərini təqdim edir:

Qoç: Parlaq çalarlar seçin

Cəsarətli, hər şeyə ehtirasla və yenilikçi yaşanan Qoç bürcləri bayram dekorlarını da enerjili seçməlidir. Rəngarəng Milad işıqları, bəzək əşyaları və xırda toxunuşlar evinizə gözəllik qatacaq. 

Rəng seçimi olaraq əsasən qırmızı çalarlara üstünlük verilməlidir. Çünki qırmızı güc rəngidir və Qoçlar da bunu sevirlər. 

Buğa: Bayramla zəngin ətirlərdən istifadə edin

Dekorasiya təkcə gözlər üçün deyil. Həmçinin, qoxu da rahatlıq yaratmaqda mühüm rol oynayır. Rahat atmosfer yaradan bayrama uyğun qoxuları seçmək, Venera tərəfindən idarə olunan həssas xarakteriniz üçün mükəmməl seçimdir.

Dekorasiya baxımından çoxlu seçiminiz var. Məsələn, xüsusi qoxulu şamlar və qəşəng diffuzorlar evinizin ab-havasını müsbət formada dəyişəcək. 

Əkizlər: Mükəmməl içki barı yaradın

Evinizin küncündə kiçik içki barı yaradın. Mükəmməl bayram kokteyli hazırlamaq üçün lazım olan hər şeyi özündə cəmləşdirən, şənlik şüşə qabları ilə tamamlanan bir içki yeri yaratmaq, şübhəsiz ki, sizə enerji verəcək. Spirtli içkilər içmirsiniz? Bu zaman spirtsiz kokteyl hazırlamaqdan da zövq ala bilərsiniz. 

Xərçəng: Şirin və sentimental qalın

Xərçənglərin sentimental olduğu hamıya məlumdur və Yeni il əylənmək üçün mükəmməl vaxtdır. Ailənizdə nəsildən nəsilə ötürülən "adətlər"ə diqqət yetirməyi (zərgərlik və ya nənənin peçenye qabı kimi) və ailənizi əks etdirən qobelen yaratmaq üçün hər il yeni əlavələr daxil etmək tövsiyə edilir.

Məsələn, keçmişi yada salmaq üçün köhnə bayram şəkillərinizi evin müxtəlif yerlərindən asın. 

Şir: Böyük işıqlandırmadan istifadə edin

Şirlər heç vaxt fərqlənməkdən qorxmur. Ona görə də məkanı işıqlandırmaq onların ən çox önəm verdiyi bəzək növlərindən biridir. Bu bürc Günəş tərəfindən idarə olunduğu üçün işıqlandırma effektlərindən istifadə etməkdən zövq alır. Evin ön hissəsini haqqınızda danışılmasına səbəb olacaq işıqlar və Milad bəzəkləri ilə bəzəməkdən çəkinməyin.

Qız: Mükəmməl bayram süfrəsi yaradın

Qız bürcü olaraq, çox güman ki, bu mövsüm şənliklərin təşkili ilə məşğul olacaqsınız. Dekorunuzu fərqləndirməyin yolu, süfrənizin tam mərkəzini müxtəlif aksessuarlarla bəzəməkdir. Masa dəstləri, salfetlər və ya bayram süfrələri ilə bayramınızı daha maraqlı edə bilərsiniz. 

İstər qəşəng görünüş üçün minimalist yanaşma, istərsə də mavi və qızılı rəng sxemindən asılı olaraq, bu dekorlar sizi bayram əhval-ruhiyyəsinə salacaq.

Tərəzi: Pastel rənglərə üstünlük verin

Klassik dekora bir az kreativlik qatmaq və pastel rəngli dekorları seçməklə evinizə müxtəliflik əlavə edə bilərsiniz. Çünki pastel rəngləri Tərəzi bürclərinin vazkeçilməzidir. 

Əqrəb: Artistliyə üstünlük verin

Yeni il bayramlarında Əqrəblər klassik bəzəklərə üstünlük verir. Məsələn, klassik Milad rəsm əsəri və ya qarlı möcüzələr diyarının təsviri evinizə xüsusi gözəllik qatacaq. Sənət əsərlərindən çox istifadə etməyiniz məsləhətdir. Çünki əqrəblər yaradıcı insanlar olur. 

Oxatan: Müasir və metal tipli əşyaları sınayın

Oxatanları şans planeti olan Yupiter idarə edir. Ona görə də müasir metal dekorasiyası onlar üçün mükəmməldir. Qızıl, gümüş və hətta bürünc çalarları qarışdırın. Evinizə ultra lüks görünüş və müasir hiss bəxş edin. 

Oğlaq: Ənənəvi və təbii seçimlər 

Oğlaq bürcü olaraq, çox güman ki, bayramları daha fərqli etmək üçün gözəçarpan bir yol seçəcəksiniz. Əlbəttə ki, qırmızı və yaşıl əsas rənglərdir. Ancaq yer işarəniz ətirli şam qozaları, təzə küknar budaqlarının çələngləri və dekorativ alov kimi təbii vurğulardan da faydalanmağınız məsləhətdir.

Dolça: Ekoloji cəhətdən təmiz dekor seçin

Dolça ekoloji cəhətdən təmiz dekorasiya seçə bilər. Məsələn, təbii şam ağacı... Başqa bir tərəfdən isə qurudulmuş sitrus meyvələrini götürmək, onları rəngli çələnglərə bağlamaq və qonaq otağına asmaq ola bilər. Sizin və ailənizin sevəcəyi mükəmməl bayram tətili üçün yolka vacib faktorlardan biridir. 

Balıqlar: Qeyri-adi dekorasiyaya can atın

Şıltaq dekor elementləri bu mövsüm şəxsiyyətinizi ifadə etmək üçün əla bir yoldur. Evdə hazırlanmış dekorlardan istifadə etmək, istədiyiniz bayram əhvalını əldə etməyə kömək edə bilər. 

# 9195
avatar

Sevinc Fərid

Oxşar yazılar