Bu kafenin 52 yaşlı sahibi İNSANLARI CƏLB EDİR
07 sentyabr 2024 11:51 (UTC +04:00)

Bu kafenin 52 yaşlı sahibi İNSANLARI CƏLB EDİR

Ləzzətli bişmiş məhsulları və qonaqpərvər atmosferi ilə məşhur olan Koreyanın Seul şəhərində yerləşən "London Bagel" Muzeyi Kafesi son vaxtlar daha çox ziyarətçi cəlb edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət buranın 52 yaşında 25 yaşındakı kimi görünən müəssisənin sahibinə aiddir.

İnternetdə kimsə qadının fotolarını və onun 1973-cü ildə doğulduğu barədə məlumatı dərc etdikdən sonra Li Hie-Junqun yaşı müzakirə olunmağa başladı. Bəzi insanlar tez-tez onun bu cür görünüşünü necə qoruyub saxlamağı bacardığını düşünürlər. Eyni zamanda digərləri deyirlər ki, bütün bunlar Li Hie-Junqun qəşəng geyinməsi və arıq bədən quruluşuna malik olması ilə bağlıdır.

Li Hie-Junqun özü yaşı ilə bağlı şərh verməyib və populyarlığa diqqət etməməyə üstünlük verdiyini söylədi. Onun üçün biznes daha vacibdir, çünki Qanqnamdakı "London Bagel" Muzeyindən əlavə, qadının daha iki kafesi - "Café Highwaist" və "Café Layered" - və Seulda "Artist Komplex" adlı moda mağazası var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2190
avatar

Fidan İlqar

Oxşar yazılar