Bu barda ofsiantlar müştərilərə  SİLLƏ VURUR  - Ödənişli
08 dekabr 2023 15:33 (UTC +04:00)

Bu barda ofsiantlar müştərilərə SİLLƏ VURUR - Ödənişli

Yaponiyada ofisiantların müştərilərə sillə vurduğu bar son anda bağlanmaqdan xilas olub.

Lent.az  xarici mediaya istinadən xəbər verir ki, Naqoyada Şaçihokoya adlı barda ofisiantlar müştərilərə sillə vurur. Hətta bunun üçün müştəri bara pul da ödəyir. Əgər insanlar 300 yapon yen (təxminən 2 dollar) restorana verməyə hazırdırlarsa, o zaman kimono geyinmiş sərt üzlü qadınlar onlara dönə-dönə sillə vurur.

Müştərilər xüsusi ofisiant tərəfindən yumruqlanmaq istəsələr, o zaman onlar 500 yen (3,40 dollar) məbləğində əlavə ödəniş etməli olurlar.

Bəzən bar işçiləri müştəriləri o qədər vururlar ki, onlar ayaqüstə qalmaqda əziyyət çəkirlər. Lakin bu xidmət həm yerli sakinlər, həm də turistlər arasında populyardır. Kişilər və qadınlar onlara bu qədər sərt xidmət edildikdə bunu sevirlər. 

Bu unikal müəssisənin açılışı hələ 2012-ci ildə baş tutub. Bir müddət sonra bağlanacağı ilə hədələnsə də, əməkdaşların təşəbbüsü və yuxarıda qeyd etdiyimiz xidmət sayəsində bar bağlanmaqdan xilas olub.

Üstəlik, barda işlər daha yaxşı yerlərə gəlib və o qədər məşhurlaşıb ki, tələbatı ödəmək üçün daha çox ofisiant işə götürülməli olunub. Burada yalnız bir şərt məcburidir. O da ofisiantın qadın olmasıdır.


 

# 3891
avatar

Sevinc Fərid

Oxşar yazılar