Boşandığı arvadının  məzarı üzərində   görün nə etdi?
28 sentyabr 2022 19:59 (UTC +04:00)

Boşandığı arvadının məzarı üzərində görün nə etdi?

Kişi 48 il əvvəl boşandığı arvadının məzarı üzərinə bir neçə ildir işəyirmiş.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ölən qadının oğlu, 43 yaşlı Maykl Merfi məzarın təhqir olunduğunu baş daşının üstündə nəcislə dolu torba tapanda öyrənib. Kişi əvvəlcə kiminsə itinin bunu etdiyini düşünüb. Lakin növbəti dəfə qəbrin başına gələndə başqa bir bağlama tapıb.

Merfi polis çağırıb və qəbiristanlıq müdirinin icazəsi ilə qəbrin yanına təhlükəsizlik kamerası quraşdırıb. Görüntüləri yoxlayandan sonra kişi və bacısı kadrlarda 1970-ci illərdə anası ilə evli olan kişini görəndə şoka düşüblər. Merfinin sözlərinə görə, 1976-cı ildən bəri ailədə heç kim onunla danışmayıb.

Video çəkilişlərə görə, keçmiş ər, demək olar ki, hər gün səhər saat altı radələrində qəbiristanlığa xüsusi olaraq məzarı ləkələmək üçün gəlib. O, dəfn yerinə onu maşında gözləyən indiki həyat yoldaşı ilə gəlib.

Merfi videonu sosial şəbəkədə yerləşdirib, bundan sonra kişinin qəbiristanlığa səfərləri dayandırılıb. Yerli polis bildirib ki, cinayətkarı həbs edə bilməyiblər, çünki ondan konkret zorakılıq təhdidləri olmayıb.

Merfi kişiyə zərər verməyəcəyinə söz versə də, təsadüfən onunla rastlaşarsa, özünü itirə biləcəyini etiraf edib. "Söhbət etdiyim hər polis deyirdi: "Sən məndən yaxşısan, çünki sənin yerində olsaydım onu öldürərdim", - o bildirib.

# 3882
avatar

Oxşar yazılar