Bakıda 500 manata mavrı:  Dünyanın ən bahalı pişikləri hansılardır? - SİYAHI
16 noyabr 2021 20:15 (UTC +04:00)

Bakıda 500 manata mavrı: Dünyanın ən bahalı pişikləri hansılardır? - SİYAHI

Bakıda 500 manata pişik balası satılır.

Lent.az xəbər verir ki, bu barədə elan saytların birində yerləşdirilib. Belə ki, satılan mavrı Şotland cinsidir. 

Yeri gəlmişkən vurğulayaq ki, bir pişik balası nə qədər nadir cinsdəndirsə, dəyəri də o qədər yüksək olacaqdır. 

Pişik insanların bəslədiyi ən sevimli ev heyvanıdır. Bütün dünyada insanların pişiklərə maraqları çox olduğundan ona düşünmədən çox pul xərcləyirlər. 

İndi isə sizə ən bahalı pişik növlərini və onların qiymətlərini təqdim edirik:

Manks – Dünya bazarında onun qiyməti 500-4000 dollar arası dəyişir. Bu cins pişiklərin quyruqları olmur. Mütəxəssislər isə bunu təbii mutasiyanın nəticəsi kimi qiymətləndirirlər. 

Serenqeti - Bu cinsi 600-2000 dollar xərcləməklə əldə edə bilərsiniz. Serenqetiyə “söhbətli pişik” də deyirlər. Çox vaxt onun özünə bir şey barədə mırıldadığını, küsdüyünü eşitmək olar.

Amerika kıvrımı - Qiyməti 1000-3000 dollar arasında dəyişir. Bu pişiklərin fərqli özəlliyi qulaqlarıdır. Belə ki, onların qulaqları buynuza bənzəyir. 

Toyqer - Dünya bazarında qiyməti 500-3000 dollardır. Bu cins pişikləri oyuncaq pələng adlandırırlar. Ən yaxın qohumları isə Benqal pişikləridir. 

Elf - 1300-2500 dollara əldə etmək olar. Onları saçsız pişik adlandırılır. Qeyd edək ki, bu cinsin pişikləri tüksüz olur. 

Benqal Pişiyi – Qiyməti 1000-4000 dollar arasında dəyişir. Öz görünüşləriylə xüsusi diqqət çəkirlər. Onlar xarici görünüş cəhətdən bəbirlərə bənzəyirlər.

Safari pişiyi - Bu cinsdən olan pişikləri 4000-8000 dollara əldə etmək olar. Pişiklər arasında ən çox sevgi hissinə sahib olan cinsdir.  

Kao-mani – Dünya bazarında 7000-10000 arasında qiymətə satılır. "Tay krallarının pişiyi" adlandırılır. Ağ və balaca olmağı ilə diqqət çəkir. 

Çauzi –Qiyməti 8000-10000 dollar arası dəyişir. Bu cinsə mənsub pişiklərdə güclü pəncələr, böyük qulaqlar və uzun quyruq diqqət çəkir. 

Savanna – Bu pişikləri 4000-22000 dollar xərcləməklə almaq olar. Hazırda dünyanın ən bahalı pişik cinsidir. Bir balasının qiymətinin 50.000 dollara çatdığı hallar var.  

Qeyd edək ki, pişiklərin qiymətinin dəyişməsində onların rəngləri və nadir cinsə mənsub olmaları əsas rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5333

Oxşar yazılar