Ayaqlarını qırxmayan tələbələr universitetə  BURAXILMAYACAQ
30 mart 2023 18:11 (UTC +04:00)

Ayaqlarını qırxmayan tələbələr universitetə BURAXILMAYACAQ

Sankt-Peterburqdakı Həmkarlar İttifaqları Humanitar Universitetinin tələbələrinə qırxılmamış ayaqları ilə dərsə gəlmək qadağan edilib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, universitetin dekanları qız tələbələrin epilyasiyasız, uzun dırnaqlı, açıq-saçıq paltarda, idman ayaqqabısı və sandaletlə dərsə gəlməsinə icazə vermir.

Təhsil ocağı nümayəndələrinin sözlərinə görə, onların da öz ədəb qaydaları var və onlara münasibət bildirmək fikrində deyillər.

“Yalnız qeyd edirik ki, bizim tərəfimizdən tətbiq edilən qaydalar Rusiyanın mövcud qanunvericiliyinə, Elmi Şurasının və Sankt-Peterburq Dövlət Unitar Müəssisəsinin tələbə hökumətinin mövqelərinə uyğun gəlir" - məlumatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2466
avatar

Oxşar yazılar