Geniş yayılmış inancın əksinə olaraq, açıq gözlə asqırmaq tamamilə mümkündür və gözləriniz yerindən “çıxmayacaq”. Həkimlərin izahına görə, asqırarkən gözlərin bağlanması bakteriya və çirklənmədən qoruyan avtomatik refleksdir.
Lent.az bununla bağlı məlumatları təqdim edir:
Açıq gözlə asqırmaq tam mümkündür. Sadəcə olaraq, gözlərin bağlanması şüurdan asılı olmayan avtomatik refleksdir. Əgər bu refleksi qəsdən dayandırmağı bacarsanız, narahat olmağa əsas yoxdur. Gözləriniz orbitadan çıxmayacaq. Qastonun sözlərinə görə, bunun mümkün olması həmin refleksin birmənalı şəkildə məcburi olmadığını göstərir.
Asqırmaq orqanizmin burun keçidlərini qıcıqlandırıcı maddələrdən (viruslar, allergenlər, kimyəvi maddələr) təmizləmək üçün ağciyərlərdən burun və ağız yolu ilə havanı kəskin şəkildə xaric etməsidir. Purdue Universitetindən klinik müəllim Meq Sorq bildirir ki, bu, seliyi çıxarmağa və yad hissəciklərin tənəffüs yollarına düşməsinin qarşısını almağa kömək edən qoruyucu mexanizmdir. Asqırmaya həm də bəzi qeyri-adi səbəblər qara bibərin tərkibindəki piperin, acı bibərdəki kapsaisin kimi maddələr, eləcə də “fotosenoz” deyilən, parlaq işığın asqırmanı tetiklədiyi refleks səbəb ola bilər. İnsanların əksəriyyəti asqırarkən gözlərini avtomatik bağlayır. Bunun səbəbi dəqiq məlum olmasa da, doktor Qaston bunun gözləri bakteriya və çirklənmədən qoruma funksiyası daşıya biləcəyini deyir. Texniki olaraq bu refleksə qarşı çıxıb açıq gözlə asqırmaq mümkündür. Lakin gözlərin “çıxması” ilə bağlı iddialar əsassızdır, elmi sübut yoxdur. Asqırma zamanı yaranan təzyiq göz bəbəyinin çıxmasına səbəb olacaq qədər güclü deyil.
Təzyiq əsasən qan damarlarında yüksəlir, gözün özündə və ətraf əzələlərdə isə bu səviyyəyə çatmır. Bəzən həddindən artıq gərginlik kapilyarların partlamasına, göz və üzdə qızartı və ya göyərməyə səbəb ola bilər. Amma bu, gözlərin orbitadan çıxması demək deyil. Hətta açıq gözlə asqırsanız belə.