17 yaşlı oğlan 1-ci sinif şagirdi oldu
12 sentyabr 2021 15:53 (UTC +04:00)

17 yaşlı oğlan 1-ci sinif şagirdi oldu

17 yaşlı yeniyetmə Volqoqrad  vilayətinin Talovka qəsəbəsində birinci sinif şagirdi olub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, məktəbin direktoru Vera Çexolskayanın sözlərinə görə, məktəblinin ailəsi yaxınlarda qəsəbəyə köçüb. 

“Oğlanın oxumağa göndərildiyinə dair yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın qərarını bizə təqdim ediblər”, - direktor vurğulayıb.

Hazırda yeniyetmə tibbi müayinədən keçir və dərslərə gedir. Ancaq yeddi yaşlı uşaqlarla sinifdə oturmur. Gənc oğlan üçün sinif yoldaşlarının təhqiramiz zarafatlarından qoruyacaq ayrı bir cədvəl tərtib edilib.

Qeyd olunur ki, yeniyetmənin ailəsi həmişə onun təhsil almasına qarşı çıxıb.

Volqoqrad vilayətindəki Uşaq Hüquqları üzrə Ombudsman Nina Boldyrevanın sözlərinə görə, bu yaşda uşaq bir il ərzində bir neçə ibtidai sinif proqramını asanlıqla mənimsəyə bilər, amma bunun üçün müəllimlərin peşəkar dəstəyinə ehtiyacı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3621
avatar

Oxşar yazılar