Paris moda həftəsində ev heyvanları da yaddan çıxmayıb.
Lent.az-ın xəbərinə görə, heyvanlar üçün dizayn edilmiş mebel və aksesuarlar qeyri-real qiymətləri ilə seçilib.
Məsələn, it üçün divanın (180 sm x 45 sm x 45 sm) qiyməti 7230 avrodur, yəni təxminən 15 000 manat. Avropada ev üçün divan bundan dəfələrlə ucuzdur. Yaxud, it və ya pişik üçün çini yemək qabı 1560 dollar (3000 AZN-dən yuxarı). Səfər üçün yemək qabı daha bahadır – 2120 dollar. Səfər çantası isə 3780 avro.
Təbii ki, belə bir qiymət qəpiyinin qədrini bilən avropalılar üçün müzakirə mövzusu olmaya bilməz. Lakin istehsalçıların yanaşması başqadır: (itini) sevən pula baxmır.
PS. Dahi Seyid Əzim “it demə, o dəxi bizim birimiz” ifadəsini yəqin bu tiplərin dilindən demişdi.