103 yaşlı isveçli nənə uşaqlıq arzusunu yerinə yetirib.
Lent.az-ın xəbərinə görə, o, Stokholm yaxınlığındakı aviabazadan qalxan təyyarədən paraşütlə atılıb. Onun birlikdə paraşütdə təlimatçı da olub. Cütlük tam təhlükəsiz şəraitdə yerə enib.
Bununla da yeni dünya rekordu müəyyən edilib. Rut Larssonun paraşütlə atıldığı vaxt yaşı 103 il 259 gün olub. Bundan əvvəl rekord yaşı 103 il 181 gün olan şəxsə aid idi.