Müğənni Yeganə Mürsəlovanın başına iş gəlib.
Lent.az xəbər verir ki, sənətçi dələduzluqla üzləşib. Belə ki, naməlum şəxs onun adından sənət dostlarına zəng edərək pul yığıb.
Bu barədə ifaçı şəxsi instaqram hesabında məlumat yayıb.
Yeganə bildirib ki, naməlum şəxs əvvəl ona mesaj yazaraq tanınmış aparıcı Mətanət Əliverdiyevanın adından pul istəyib.
Sənətçi həmin şəxsin aparıcının adından istifadə etdiyini öyrəndikdə onu təhqir edib.
İfaçının təhqirlərinə əsəbiləşən həmin şəxs daha sonra məşhurlardan Yeganə Mürsəlovanın adından pul istəməyə başlayıb.
Sənətçi sənət dostlarını bu şəxsə aldanmamağa çağırıb.