Röya səsini 1 milyon manata sığortalayacaq
26 may 2014 11:19 (UTC +04:00)

Röya səsini 1 milyon manata sığortalayacaq

Məşhur müğənni Röya Ayxan səsini və konsertlərini sığortalamağı planlaşdırır. Lent.az-ın fins.az-a istinadən xəbərinə görə, bu barədə müğənninin prodüseri  Kənan Bayramov bildirib. Onun sözlərinə görə, müğənninin komandası sığorta xidmətlərindən bir neçə məsələdə yararlanmaq niyyətindədir. Bunlardan biri yayda keçirilməsi planlaşdırılan konsertlərdir: "Məsələn, bizim yayda açıq havada  konsertimiz olur. O konserti sığortalamaq istəyirik. Çünki yağış yağa bilər, konsert təxirə salına və ya vaxtı dəyişdirilə bilər. Eləcə də konsert vaxtı sağlamlıqda problem ola bilər, bilet satışında problem yarana bilər".

Prodüser belə halların konsertin baş tutması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib: "Sadə bir misal: səhnə kirayələnir, işıq, səs  sistemi qurulur, musiqiçilər, rəqqasələr gəlir, çəkiliş olur, bütün komanda yığışır. Sonra yağış yağır, konsert təxirə düşür.  Onların hər biri artıq pulunu alıb. Pul da bilet satışından  əldə olunan gəlirdən ödənilir. Bəs biletlər necə geri qaytarılsın? Risklər böyükdür və mütləq sığortalamalıyıq".

Qeyd edək ki, avqustun sonu, sentyabrın əvvəlində Röyanın 3-4 günlük konserti nəzərdə tutulub. Prodüserin sözlərinə görə, həmin konsertlərin sığortalanması nəzərdə tutulur: "Konserti sığortalamaq məsələsi  üzərində də düşünürük. Artıq  Türkiyə və  Rusiya sığorta şirkətlərinə  müraciət etmişik. Uyğun şərtlərlə güman ki, onlardan biri ilə işləyəcəyik. Əgər  razılaşsaq, müqavilə bağlayacağıq. Hələ ki,  heç  bir məsələ razılaşdırılmayıb".

İlkin məlumata görə, konsertlərin hər birinin 150-160 min manat arasında sığortalanması nəzərdə tutulub: "Çünki konsertlərin  bir gününün dəyəri təqribən  bu qədərdir".


K.Bayramov bildirib ki, konsertlərlə yanaşı, Röya Ayxanın səsini də sığortalamaq nəzərdə tutulur: "Nəzərə alsaq ki, onun bütün fəaliyyəti səsi üzərində qurulub, bu, çox vacibdir".

İlkin planlara görə, məşhur müğənninin səsinin sığortası üçün sığorta məbləği 1 milyon manatdan aşağı olmayacaq. Bu rəqəmi müəyyənləşdirəndə müğənninin qarşıdakı illərdə gözlənilən gəlirlərin məbləği nəzərə alınıb: "Röya xanımın səsini  1 milyon manatdan yüksək  sığortalamaq istəyərdik. Məsələn, onun  ən azı 10 il fəaliyyət göstərəcəyini nəzərə alsaq və bu  müddətdə gəlirləri  fikirləşsək,  bunun üçün ən azı 1 milyon  manat lazımdır".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 932

Oxşar yazılar

Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03
Emin Ağalarov

Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

2 iyul 2025 , 16:39