Rəqsanə bu yaxınlarda “Sevgi sərxoşu” adlı mahnısına təqdimat keçirən Nuri Sərinləndiricidən danışıb. O, Lent.az-a bildirib ki, həmkarı ilə üz-üzə gəlməsinə səbəb Nurinin ifa etdiyi “Sevgi sərxoşu” mahnısı olub. Rəqsanə bildirib ki, Nuri bəstənin ilk ifaçısının adını mediaya açıqlamalı idi:
“Mən həm Nurini tanıyıram, həm də həmin tədbiri təşkil edən Lamiyyə Ələkbərovanı yaxşı tanıyıram. Hər ikisinə hörmətim var. Nuri ilə bir tədbirlərdə olmuşuq. Əslində, mən Nurini qınamıram. Bəstəkar mahnını təqdim edib, o da oxuyub. Gərək müəllif media nümayəndələrinə mahnının bundan öncə mənim ifamda səsləndirildiyini bildirəydi”.
Xatırladaq ki, hazırda Moskvada olan R.İsmayılova sabah Bakıya gələcək. O, martın ikinci həftəsində yenidən paytaxta dönəcək. Sənətçi Novruz bayramında Naxçıvanda konsert proqramı ilə çıxış edəcək.