Polşada Leninin qeyri-adi heykəli qoyulub
11 iyun 2014 07:10 (UTC +04:00)

Polşada Leninin qeyri-adi heykəli qoyulub

Polşanın Krakovo şəhərində Ronald Reyqan meydanın dünya kommunistlərinin lideri Vladimir Lenin yüngül təbii ehtiyacını ödəyərkən, təsvir olunmuş heykəli qoyulub.

 

Lent.az-ın “Lenta.ru”-ya istinadən məlumatına görə, sarı  rəngli heykəl «Gələcəyin fəvvarəsi» adlanır. Bu layihənin müəllifi haqda məlumat verilməyib.

 

Qeyri-adi fəvvarəyə şəhər sakinləri və turistlər fərqli yanaşır. Bəziləri bu heykəli gülüşlə qarşılayır, bir qrup insan isə Oktyabr inqilabının liderinin gülüncə vəziyyətinə etiraz edib. Hətta heykəlin Krakovoda qoyulmasına qarşı çıxanlar da olub.

 

Abidə iyunun 9-da gecə saatlarında meydana qoyulub. Onun orada bir neçə gün qalacaq. Sonra onu şəhərin başqa rayonlarında da nümayiş ediləcəyi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2293

Oxşar yazılar