Ötən gün ata olan müğənni Elvin Abdullayev “Sevmək yaraşmadı” adlı yeni mahnısını bu gün dinləyicilərin ixtiyarına verib. Lent.az-ın məlumatına görə, mahnının sözləri Zeynəb Ədalətqızına, musiqisi isə ifaçının özünə məxsusdur: “Mahnının seviləcəyinə inanıram. Burada ancaq canlı alətlərdən istifadə edilib. Çox zəhmət tələb edən bir bəstədir. Əziyyətimin hədər olmayacağına inanıram. Dinləyicilərin bəyənəcəyinə əminəm. Əgər sevilsə, bu bəstəyə klip də çəkdirəcəyəm”.