Obamanın əmisi ABŞ-da 43 il qanunsuz qalıb
04 dekabr 2013 07:46 (UTC +04:00)

Obamanın əmisi ABŞ-da 43 il qanunsuz qalıb

Dekabrın 4-də ABŞ-ın Massaçusets ştatı Boston immiqrasiya məhkəməsi prezident Barak Obamanın əmisi, 69 yaşlı Onianqo Obamaya ölkədə qalmağa icazə verib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, 20 ildən artıq ABŞ-da qanunsuz yaşayıb.

 

Hakim Leonard Şapiro bu qərarı immiqrasiya siyasəti ilə bağlı federal qanunu əsas götürərək qəbul edib. Həmin qanuna əsasən, 1972-ci ilədək ABŞ-a getmiş insanlara ölkədə daimsiş yaşamaq hüququ verir.

 

Mənbə xatırladıb ki, Onianqo 1963-cü ildə, 17 yaşında Kembricdə elit məktəbdə təhsil almaq üçün Keniyadan ABŞ gedib. 1970-ci ildə o, ölkəni tərk etməli imiş. Ancaq o, getməyib. ABŞ məhkəməsi onun deportasiyası haqda bir neçə dəfə qərar çıxarıb. Sonucu dəfə məhkəmə 1992-ci ildə onun ölkədən çıxması qərarının qəbul edib.

 

# 1213
avatar

Oxşar yazılar