Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva Bakıya gəlib. Lent.az-ın məlumatına görə, səfər əməkdar artist Aygün Bəylərin dəvəti ilə baş tutub. O, A. Bəylərin aparıcılıq etdiyi "Yenə o bağ olaydı" verilişinin yeni mövsüm buraxılışına çəkilib. Nəsibə xanımla eyni verilişə onunla ailəvi dost, əməkdar incəsənət xadimi Baba Vəziroğlu da qatılıb.
Qeyd edək ki, N.Abdullayeva həmçinin Baba Vəziroğlunun evində də qonaq olub.