"Baksol yolu"nda kanalizasiyaya düşən şəxsin axtarışı davam edir -  YENİLƏNİB 2  - FOTO  - VİDEO
28 iyun 2025 02:21 (UTC +04:00)

"Baksol yolu"nda kanalizasiyaya düşən şəxsin axtarışı davam edir - YENİLƏNİB 2 - FOTO - VİDEO

26 iyun axşam saatlarında paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazisində kanalizasiya quyusuna düşən 27 yaşlı Cümşüd Cümşüdovun axtarışları davam etdirilir.

Lent.az APA-ya istinadən xəbər verir ki, sözügedən ərazidə FHN qüvvələri gecə saatlarında da fəaliyyət göstərirlər.

***

14:19

Dünən axşam saatlarında bir nəfərin "Baksol" adlanan ərazidə kanalizasiya kollektoruna düşdüyü ehtimal olunur.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib.

Onun sözlərinə görə, axtarışlar aparılır. 

***

14:93

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatla bağlı nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1532

Oxşar yazılar