Tibbi sıçrayış:  Bu şəkər xəstələrinin artıq insulinə ehtiyacı  yoxdur
27 iyun 2025 12:20 (UTC +04:00)

Tibbi sıçrayış: Bu şəkər xəstələrinin artıq insulinə ehtiyacı yoxdur

ABŞ-da 1-ci tip diabetli 10 pasiyent kök hüceyrə əsaslı yeni terapiya sayəsində insulindən tamamilə imtina edib. Bu nailiyyət "Zimislecel" adlı eksperimental preparatın tətbiqindən sonra mümkün olub. Dərman ABŞ-ın Vertex Pharmaceuticals şirkəti tərəfindən hazırlanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmada 12 nəfər iştirak edib. Onların hamısında ağır formalı 1-ci tip diabet və hipoqlikemik hissiyyatsızlıq müşahidə olunub. Bu vəziyyət zamanı insan qan şəkərinin təhlükəli dərəcədə düşməsini hiss etmir və bu, huşsuzluğa, qıcolmalara, hətta ölümə səbəb ola bilər. Müalicədən bir il sonra 10 pasiyent insulindən tamamilə imtina edib, 2 nəfərdə isə doza əhəmiyyətli dərəcədə azaldılıb.

Yeni terapiya laboratoriyada kök hüceyrələrdən hazırlanmış və mədəaltı vəzinin insulin istehsal edən beta-hüceyrələrinə çevrilmiş hüceyrələrin orqanizmə yeridilməsini nəzərdə tutur. Bu hüceyrələr xəstənin qaraciyərinə köçürülür və burada immun sistemin məhv etdiyi hüceyrələrin funksiyasını yerinə yetirməyə başlayır.

İnfuziyadan cəmi bir neçə ay sonra xəstələrdə qanda qlükoza səviyyəsinə nəzarət əhəmiyyətli dərəcədə yaxşılaşıb. Əgər müalicədən əvvəl onlar gündəlik normal şəkər səviyyəsində yalnız vaxtın 50 faizini keçirirdisə, terapiyadan sonra bu göstərici 93 faizdən yuxarı olub. Bəzi hallarda şəkər səviyyəsi o qədər sabitləşib ki, gündəlik insulin inyeksiyalarına ehtiyac qalmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar