Azərbaycanda borclu kimi axtarışda olan  64 nəfər saxlanıldı
27 iyun 2025 11:07 (UTC +04:00)

Azərbaycanda borclu kimi axtarışda olan 64 nəfər saxlanıldı

İyunun 26-da ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364

Oxşar yazılar