Qusarda mikroavtobus aşdı, 7 yaralıdan 5-i  Pakistan vətəndaşıdır -  YENİLƏNİB
27 iyun 2025 17:24 (UTC +04:00)

Qusarda mikroavtobus aşdı, 7 yaralıdan 5-i Pakistan vətəndaşıdır - YENİLƏNİB

Qusarda baş verən yol qəzası nəticəsində 7 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, qəza nəticəsində yaralananların kimliyi məlum olub. Onların 5-i Pakistan (Muneeb Rahman, Jagdesh Kumar, Avinash Avinash, Raza Aleem, Umair Rafique,) ikisi Azərbaycan vətəndaşlarıdır (Sahil Rüstəmov və bacısı Günay Məmmədova).

***

16:25

Qusar rayonunun Çiləgir kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az  xəbər verir ki, Qusar-Şahdağ yolunda turistləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan 3-ü Azərbaycan, 5 nəfəri isə Pakistan vətəndaşlarıdır.

Hazırda yaralılara tibbi yardım göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar