Müğənni Xatun: "İstəyirəm ki, o, mənim ərim olsun"
11 iyun 2014 10:47 (UTC +04:00)

Müğənni Xatun: "İstəyirəm ki, o, mənim ərim olsun"

"Şakiranın sevgilisi Jerar Pikedən xoşum gəlir. İstəyirəm ki, Pike Şakiranın yox, mənim ərim olsun". Lent.az-ın məlumatına görə, bunu sportnet.az-a açıqlamasında azərbaycanlı müğənni Xatun deyib. 

O, İspaniya yığmasının müdafiəçisini görmək üçün Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatında iştirak arzusunu dilə gətirib: "Ümumiyyətlə, ən böyük arzum budur ki, gedib Braziliyada 5 gün qalım. Həm vaxt, həm də pul baxımından imkanım olsa, Braziliyanı görmək istəyərəm. Oranın insanları mənə maraqlıdır”. 

Xatun oğlunun da futbola azarkeşlik etdiyini vurğulayıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2802

Oxşar yazılar