Meyxanaçı qardaşlar Şakira ilə eyni səhnəyə çıxa bilmədilər
31 iyul 2013 10:47 (UTC +04:00)

Meyxanaçı qardaşlar Şakira ilə eyni səhnəyə çıxa bilmədilər

"Tı kto takoy, davay dosvidaniya” meyxanasının müəllifləri İntiqam və Etibar Rüstəmov qardaşlarının Moskva səfəri baş tutmayıb. Bu barədə Lent. az-a Etibar məlumat verib: “İyulun 28-də Moskvaya getməli, orada təşkil olunan tədbirə qatılmalı idik. Amma bu səfərimiz təxirə düşdü. Tədbiri təşkil edən prodüser bizə zəng edib söylədi ki, gəlməyin. Layihədə problem yaranıb. Tədbir olan zaman biz sizə xəbər verəcəyik. Amma dəqiq bir vaxt söyləmədilər. Bu səbəbdən də hələ ki, gözləyirik ”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl meyxanaçı qardaşlar Lent. az-a  iyulun 28-də Moskvaya səfər edəcəklərini və orada dünyaca məşhur Şakira ilə  eyni tədbirdə çıxış edəcəklərini söyləmişdilər.

 

 

# 1522
avatar

Yalçın UĞUR

Oxşar yazılar