Alla Puqaçova Rusiya vətəndaşlığından imtina etdi
14 avqust 2025 23:08 (UTC +04:00)

Alla Puqaçova Rusiya vətəndaşlığından imtina etdi

Məşhur müğənni Alla Puqaçova Rusiya vətəndaşlığından imtina edib.

Lent.az xəbər verir ki, bu barədə Rusiyanın bir sıra teleqram kanalları məlumat yayıb.

Məlumatda deyilir ki, sənətçi müvafiq sənədləri Rusiyanın İsraildəki səfirliyinə təqdim edib.

Qeyd olunur ki, sənədlərə baxılması istisna hallar xaricində bir neçə ay çəkə bilər.

Qeyd edək ki, müğənni 2022-ci ildə İsrail vətəndaşlığı alıb, daha sonra Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar