Azərbaycanda kişi qardaşı arvadını  öldürdü - TƏFƏRRÜATLAR - YENİLƏNİB
16 avqust 2025 14:19 (UTC +04:00)

Azərbaycanda kişi qardaşı arvadını öldürdü - TƏFƏRRÜATLAR - YENİLƏNİB

Cəlilabad rayonunun Alar kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, 41 yaşlı Təhmasib Əliyev qardaşı, 48 yaşlı Firdovsinin həyat yoldaşı 62 yaşlı Rəviyyə Nərimanovanı bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, hadisəyə səbəb tərəflər arasında uzun müddət davam edən mülk davası olub. Son günlər Təhmasib, Rəviyyəyə “dilini kəsəcəyəm” deyə hədələyib. Qadın da bu təhlükə barədə əvvəlcədən Biləsuvarda yaşayan ailəsinə məlumat verib.

Hadisə səhər tezdən, Firdovsi evdən bazara gedəndən az sonra baş verib. Qətli törətməkdə şübhəli bilinən Təhmasib pəncərədən evə daxil olaraq qadını yataq otağında qətlə yetirib.

Onu da qeyd edək ki, Təhmasib əvvəllər də məhkumluq həyatı yaşayıb.

Eləcə də ailələrin ikitərəfli qohumluq əlaqələri olub. Belə ki, ailənin bacısı qətlə yetirilən Rəviyyənin qardaşının həyat yoldaşıdır.

***
10:51

Cəlilabadda qətl hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Alar kəndində qeydə alınıb.

Kənd sakini 62 yaşlı Rəviyyə Əliheydər qızı Nərimanova qətlə yetirilib. Onu qaynı Təhmasib Tərxan oğlu Əliyevin öldürdüyü ehtimal olunur.

Ailədaxili münaqişə zəminində qətl törədən şübhəli şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Cinayətin hansı səbəbdən baş verdiyi araşdırılır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434

Oxşar yazılar