Yuxusuzluq bağırsaq infeksiyası  yaradır
16 avqust 2025 15:27 (UTC +04:00)

Yuxusuzluq bağırsaq infeksiyası yaradır

Çinin Nankin Tibb Universitetinin alimləri bağırsaq mikroflorasının tərkibi ilə yuxusuzluq riski arasında birbaşa əlaqə tapıblar.

Lent.az tədqiqatın nəticələri barədə xarici mediaya istinadən xəbər verir.

Nəticələr nəyi göstərir?

Araşdırmada 386 mindən çox yuxusuzluqdan əziyyət çəkən insanın məlumatları və 26 mindən çox mikrobiom üzrə iştirakçıların nəticələri təhlil edilib. Alimlər 71 qrup bağırsaq bakteriyası müəyyən ediblər:

14 qrup yuxusuzluq riskini 1–4% artırır, 8 qrup isə bu riski 1–3% azaldır.

Tədqiqatı aparan professor Şanyun Şi bildirir ki, təsir ikitərəflidir: yuxusuzluq da bağırsaqdakı bakteriya balansını dəyişir. Məsələn, orqanizmdə odoribakteriyalar azalır, onlar həzm sistemini qoruyur və iltihabı azaldır. Bu bakteriyaların çatışmazlığı iltihabi bağırsaq xəstəlikləri, piylənmə və 2-ci tip diabetlə əlaqələndirilir.

Yuxusuzluğun müalicəsi

Şiyə görə, gələcəkdə yuxusuzluğun müalicəsinə aşağıdakılar daxil ola bilər:

Probiotiklər, prebiotiklər, hətta nəcis mikrobiotasının transplantasiyası.

Lakin alimlər qeyd edirlər ki, araşdırmanın məhdudiyyətləri var: iştirakçıların hamısı Avropa mənşəli idi və onların dieta və həyat tərzi kimi amilləri nəzərə alınmayıb.

Hazırda həkimlərin hesablamalarına görə, britaniyalıların və amerikalıların təxminən üçdə biri yuxusuzluqdan əziyyət çəkir.

Uzunmüddətli yuxusuzluğun orqanizmə təsiri

24 saat yuxusuzluqdan sonra – hormon balansı dəyişir, təzyiq yüksəlir.

2-ci gün – qlükozanın parçalanması zəifləyir, şirin qidalara meyl artır, bədən temperaturu düşür, immunitet zəifləyir.

30 gün yuxusuz qalan heyvanlarda – hipotermiya, immun sisteminin kəskin zəifləməsi və ölüm qeydə alınıb.

Tanınmış faktlar və rekordlar

Ən uzun yuxusuzluq rekordu Rendi Qardnerə məxsusdur – o, 1964-cü ildə 11 gün 25 dəqiqə yatmayıb. Nəticədə yaddaş problemləri, nitq pozuntuları və hallüsinasiyalar yaranıb.

Nadir irsi xəstəlikdən əziyyət çəkən musiqi müəllimi Maykl Kork isə təxminən yarım il yatmadan yaşayıb və 42 yaşında dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226

Oxşar yazılar