Son zamanlar boşanma xəbəri ilə gündəmdə olan əməkdar artist Lalə Məmmədova jurnalistlərə iradlarını bildirib. Lent.az məlumatına görə, o, şəxsi səhifəsində KİV nümayəndələrinə bunları yazıb:
"KİV nümayəndələrinin nəzərinə! Hər bir insanın həyatı enişli, yoxuşlu, işqlı və qaranlıqlı təzadlarla doludur. Verilişlərin birində hansısa bir fraqment haqqında səmimi söhbət etmişəmsə, bu, "boşanmaq, ayrılmaq" anlamına gəlməməlidir.
Biz insanlar heç bir şeydən sığortalanmamışıq, yazını yazan jurnalistlər öz sənətlərinə hörmət edib, məlumatı dəqiqləşdirib, sonra geniş kütləyə çatdıraydılar. Təəssüf ki, qeyri-peşəkar hər sahədə var və geniş kütlə onların yazısına istinadən gündəlik qeybət-söhbətlərini bu mövzular üzərində qururlar.
Nəzərinizə çatdırım ki, bu gündən etibarən informasiya saytlarında, tv maqazin verilişləri də, radio proqramlarda şəxsi həyatımla bağlı hər hansı bir məlumat verilməsinə rəsmi surətdə qadağa qoyuram. Əks halda qadağanı pozanlar qanun qarşısında cavab verməli olacaqlar.
Diqqətinizə görə təşəkkürlər!"

Lalə Məmmədova hədələdi: ”Qadağa qoyuram”
Oxşar yazılar

Tanınmış aktrisa səhnədə huşunu itirdi
19 may 2025 , 14:32
Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ
19 may 2025 , 13:08
Donald Tramp məşhur müğənniyə lağ etdi: “O, artıq seksual deyil”
18 may 2025 , 13:34
Türkiyədən Bakıya gələn Nesrin Cavadzadədən yataq pozaları
16 may 2025 , 19:53
Dünyaca məşhur müğənni alovların içində rəqs etdi – VİDEO
16 may 2025 , 13:30
Məşhur aktyorun YENİ EŞQİ – Özü dedi
16 may 2025 , 10:14
“Avroviziya-2025”də bütün finalçılar bəlli oldu
16 may 2025 , 01:36