Kənan Doğulu: “…səni Azərbaycanda sevmirlər”
07 dekabr 2013 17:51 (UTC +04:00)

Kənan Doğulu: “…səni Azərbaycanda sevmirlər”

 

Bu gün Heydər Əliyev Sarayında “Canlı performans” adı altında konsert proqramı ilə çıxış edəcək tanınmış müğənni Kənan Doğulu mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, türkiyəli sənətçi konsert öncəsi paytaxtımıza gəlişindən və verəcəyi konsertdən ağız dolusu danışıb: “Çox şadam ki, bu gün sizin vətəninizdə, Bakıdayam. Ölkəniz inanılmaz gözəldir. Bildiyiniz kimi, bir neçə saat sonra mənim Heydər Əliyev Sarayında konsertim olacaq. Xeyli müddətdir ki, bu gecəyə hazırlaşırdım. Bir az həyəcanlıyam. Çünki, Azərbaycan tamaşaçısı qarşısında canlı mahnılar oxuyacam”.

 

 

K. Doğulu daha sonra Türkiyəli həmkarı Sezen Aksunun “Sarı gəlin”i erməni dilində oxuyub, albomuna əlavə etməsinə də münasibət bildirib: “Mən Sezenin yerinə heç bir şey söyləyə bilmərəm. Bircə onun özünü görəndə deyərəm ki, səni Azərbaycanda sevmirlər”.

 

Qeyd edək ki, bir neçə saat sonra başlayacaq konsertin təşkilatçısı Səlahəttin Atalaydır.

 

K.Doğulunu qardaşı Ozan Doğulunun başçılıq etdiyi 27 nəfərlik musiqiçi qrupu müşayiət edəcək.

 

# 2884
avatar

Yalçın UĞUR

Oxşar yazılar