İzzət Bağırov yeni klipini təqdim edib
05 dekabr 2013 10:54 (UTC +04:00)

İzzət Bağırov yeni klipini təqdim edib

Müğənni İzzət Bağırov sözləri Cabir Novruza, musiqisi Oqtay Kazimiyə məxsus olan “Ayrılıq olmayaydı...” mahnısına çəkdirdiyi klipini təqdim edib. Bu barədə Lent.az-a ekran işinin rejissoru Nail Naiboğlu məlumat verib. O, bildirib ki, maraqlı süjet xətti olan klipdə İ.Bağırov bir xanımla sevgili obrazını canlandırır: “Nəhayət ki, İzzətlə işbirliyimizi yekunlaşdıra bildik. Məncə yaxşı iş ərsəyə gəlib. Bu işdə bizə yardımçı olan hər bir kəsə təşəkkür edirəm”.

 

Qeyd edək ki, “Ayrılıq olmayaydı...” klipinin prodüseri Pərviz Oqtayoğlu, operatoru Emin Hüseynovdur.

# 846
avatar

Yalçın UĞUR

Oxşar yazılar